Masazırda 23 yaşlı gəncin meyiti tapılıb

Xəbərlər

06.09.2019 - 06:25

Meyitin üzərində hər hansı bir zorakılıq əlaməti yoxdur

 

Abşeron rayonunda meyit tapılıb.

 

AYNA xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

 

Belə ki, qəsəbə ərazisində 1996-cı il təvəllüdlü Aqopov Vadim Viktoroviçin meyiti aşkar olunub. Meyitin üzərində hər hansı bir zorakılıq əlaməti yoxdur.

 

V.Aqopovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. (APA)

Müəllif: Ayna.az