Cinsiyyətini dəyişdirər-dəyişdirməz təcavüzə məruz qaldı

Hadisə

05.07.2019 - 00:38

Qadın kimi getdiyi ilk məclisdə təcavüzə uğradı

 

Belçikanın Antvep şəhərində cinsiyyətini dəyişdirmiş bir trans qadın kimi əyləncəyə getdiyi ilk gecədə təcavüzə məruz qalıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, cinsiyyətini dəyişdirən gənc Antvebdəki "Red&Blue" adlı gey-kluba gedib. Orada 34 yaşlı bir şəxsin təcavüzünə məruz qalıb.

 

Bir qədər hava almaq üçün çölə çıxdığında isə sözügedən şəxslə birlikdə 24 və 25 yaşları olan iki kişi daha onu təqib edib və zorla taksiyə mindiriblər.

 

İddialara görə, xəbərdə adı açıqlanmayan gənc taksidə ona təcavüz etməyə başlayıb. Sonra qadını bir mənzilə aparıblar. 

 

Yerli media üç şəxsin növbə ilə transa təcavüz etdiyini yazıb. Qeyd olunub ki, trans kişilərdən birinin cinsiyyət orqanını dişləyərək təcavüzdən xilas olmağı bacarıb.

 

Kişilərdən ikisi təcavüz faktını inkar etsə də, 34 yaşlı şübhəli isə cinsi əlaqəyə girdiklərini, amma bunun qadının razılığı ilə baş verdiyini iddia edib.

 

Qadının vəkili isə müvəkkilinin təcavüz edən şəxslərdən 7 min 850 avro tələb etdiyini deyib.

Müəllif: Ayna.az