Tələbələrin zəhərlənməsi ilə bağlı hadisənin təfərrüatı

Hadisə

21.11.2019 - 16:01

Həkimlər qızları xəstəxanaya aparmaq istəsələr də, tələbələr bundan imtina ediblər

 

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında baş verən zəhərlənmənin təfərrüatı bəlli olub. AYNA oxu.az-a istinadən xəbər verir ki, zəhərlənmə halı ötən gün axşam saatlarında müşahidə edilib.

 

Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlara iynə vurulub. Həkimlər qızları xəstəxanaya aparmaq istəsələr də, tələbələr bundan imtina ediblər. Müalicə ambulator şəraitdə davam etdirilib

 

Bu gün səhər 11 radələrində yenidən təcili tibbi yardım çağırılıb. Bu zaman artıq Şəkər Xasmətovanın öldüyü məlum olub. 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı Universitetin fizika fakültəsində təhsil alırmış.

 

Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət bu gün saat 12:35-də daxil olub.

 

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin sözlərinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

 

Zəhərlənməsi ehtimal edilən qızlardan biri dünyasını dəyişin, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müəllif: Ayna.az