Demokratlar 1992-ci ildən bəri Nümayəndələr Palatasında yer sayında rekord qırıblar

Dünya

23.11.2026 - 12:10

Demokrat Çak Habbardın Şimali Karolinada respublikaçıların namizədi Virciniya Foks üzərində qələbəsi həlledici olub

ABŞ Demokrat Partiyası ABŞ Nümayəndələr Palatasında 1992-ci ildən bəri rekord olan ən azı 258 yer qazanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Bildirilib ki, Demokrat Çak Habbardın Şimali Karolinada respublikaçıların namizədi Virciniya Foks üzərində qələbəsi həlledici rol oynayıb.

Bu, demokratların Prezident Bill Klintonun seçilməsindən sonra 258 yer qazandığı 1992-ci il nəticəsinə bərabərdir.

Qeyd olunub ki, Respublikaçılar Partiyası Nümayəndələr Palatasında ən azı 173 yer qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş