Trampdan Türkiyə ilə bağlı növbəti açıqlama

Dünya

27.07.2019 - 06:43

Tramp Türkiyəni günahlandırmadığını söyləyib

 

ABŞ Prezidenti Donald Tramp rəsmi Ankaranın Rusiyadan “S-400” hava müdafiə kompleksi alması ilə bağlı nöbvəti açılama verib. AYNA APA-ya istinadla xəbər verir ki, Tramp Rusiyadan C-400 almaqda Türkiyəni günahlandırmadığını söyləyib.

 

Eyni zamanda, prezident bununla əlaqədar Türkiyəyə sanksiya tətbiq etmək qərarını nə vaxt verəcəyini açıqlamayıb. Tramp ABŞ-ın Türkiyənin sifariş etdiyi beşinci nəsil "F-35" döyüş təyyarələrinin digər ölkələrə də "asanlıqla" sata biləcəyinə inandığını bildirib.

Müəllif: Ayna.az