Bakıda Antonio Tayani ilə Ceyhun Bayramov arasında görüş olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin görüş olub.
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov italiyalı həmkarını XİN-də qarşılayıb.
Hazırda Azərbaycan və İtaliya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir.