“Türk dünyasının bizimlə olduğunu, bütün qardaşlarımızın Türkiyə üçün dua etdiyini bilirik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın şimalında apardığı "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür edib.
AYNA xəbər verir ki, Türkiyə Prezidenti Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxışında başda Azərbaycan olmaqla, ilk gündən Türkiyənin yanında olub, dəstək verən bir hər dövlətə minnətdarlığını ifadə edib.
“Türk dünyasının bizimlə olduğunu, bütün qardaşlarımızın Türkiyə üçün dua etdiyini bilirik”, - deyə Türkiyə Prezidenti qeyd edib.