Avstraliya XİN Azərbaycana minnətdarlıq edib

Xəbərlər

20.06.2025 - 12:58

cedabet dərman SEO Xidməti

Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla avstraliyalı həmkarı Penni Vonq arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazirlər həmçinin qarşılıqlı maraqdoğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş