Neft ucuzlaşıb

İqtisadiyyat

10.11.2026 - 14:16

Azərbaycan nefti kəskin ucuzlaşıb

Dünya bazarlarında neftin qiymətində eniş davam edib. AYNA.AZ xəbər verir ki, ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 0,94 ABŞ dolları və ya 1,02% azalaraq bir barel üçün 91,63 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 1,04 ABŞ dolları və ya 1,20% geriləyərək bir barel üçün 85,81 ABŞ dollarına enib.

Azərbaycan nefti "Azeri Light" markalı neft də ucuzlaşıb. Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 6.56 ABŞ dolları azalaraq 100.9 dollar təşkil edib.

Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 107.46 ABŞ dolları olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş