Türkiyədə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb

Dünya

09.11.2026 - 22:44

Hadisə nəticəsində 13 nəfər yaralanıb: yaralananlardan ikisinin vəziyyəti ağırdır"

Türkiyənin İzmir bölgəsindəki polad zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Ərdoğan bildirib ki, "İzmirin Əliağa rayonundakı polad zavodunda baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır".

“Ölkəmizi dərindən kədərləndirən bu faciənin səbəbləri və başvermə şəraiti, eləcə də hadisədə təqsiri və məsuliyyəti olan şəxslər müəyyən ediləcək”, deyə Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, bu gün İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində güclü partlayış olub. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş