Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Xəbərlər

09.11.2026 - 21:26

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Gəncə şəhərində silsilə tədbirlər təşkil olunub.

AYNA.AZ xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası keçirilib. Aksiyadan sonra şəhər rəhbərliyi və digər rəsmilər şəhid ailələrinin üzvləri ilə çay süfrəsi ətrafında görüşərək səmimi söhbət ediblər.

Zəfər Günü münasibətilə tədbirlər Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsert proqramı ilə davam edib.

Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və qətiyyət, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 44 gün davam edən müharibədə əldə olunan Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaqla yanaşı, xalqımızın yaddaşına əbədi həkk edilib.

Konsert proqramında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri vətənpərvərlik ruhunda mahnılar ifa edib, “Göygöl” Mahnı və Rəqs Ansamblı rəqs nömrələri təqdim edib.

Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş