Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır
Hüquq müdafiəçisi Oktay Gülalıyev əməliyyat olunduğu "City Hospital"dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
AYNA-ya bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:00 radələrində Oktay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər.: ""City Hospital"da cərrahiyyə əməliyyatını icra edən həkimlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oktay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb".
"Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, O.Gülalıyev 30 oktyabr tarixində piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulub. 31 oktyabrda isə “City Hospital”da beyin əməliyyatı keçirib.