Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi avqustun 17-də Bakı limanını tərk edib.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin gəmi Bakıya “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün gəlmişdi.
Qeyd edək ki, dünən də Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri Bakı limanını tərk edib.