Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb

Xəbərlər

09.11.2026 - 13:40

Boulinq-Qrin parkında bayrağımız ucaldılıb

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.

AYNA.AZ xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Mərasim yerli vaxtla noyabrın 8-də Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan Uoll-Strit (Wall Street) yaxınlığındakı tarixi Boulinq-Qrin (Bowling Green) parkında təşkil edilib.

Şəhərin ən qədim ictimai parkı olan Boulinq-Qrində keçirilən tədbirdə Nyu-York və ətraf ştatlardan Azərbaycan icmasının nümayəndələri, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.

Mərasimdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Tofiq Musayev çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə ucaldılıb.

Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş