Hava soyumağa doğru gedir

Xəbərlər

29.08.2019 - 14:12

Abşeron yarımadasında 19-22, gündüz 23-26 dərəcə isti olacaq

 

Bakıda və Abşeron yarımadasında avqustun 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

 

Abşeron çimərliklərində

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Avqustun 30-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Avqustun 30-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə