Şəhərimizdə tramvay xətləri bərpa oluna bilər

Xəbərlər

30.08.2019 - 14:38

“Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır”

 

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir. AYNA xəbər verir ki, bunu "APA-Economics"ə Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.

 

Onun sözlərinə görə, tramvay nəqliyyatının nə zaman bərpa olunacağı barədə nə isə demək hələ tezdir: "Təbii ki, bu məsələ baxılmaqdadır. Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir".

Müəllif: Ayna.az