Həmişə təmizlikdə!

Xəbərlər

25.09.2023 - 23:04

Rus kəndlisinin gigiyena haqqında təsəvvürü dumanlı idi

Çox mifləri var bu rusların, bilirsiz. Dünyanı bu nağılların bir çoxuna inandırıblar…

Miflərdən biri rus kəndliləri tərəfindən hamamların geniş istifadəsi ilə əlaqədardır. Yəni iddia edirdilər ki, onlar qədər bədən təmizliyinə, şəxsi gigiyenaya diqqət edən başqa xalq yoxdur. 

Başqaları buna mif deyəndə cırnayır, qəbul etmirlər. 

Bəs özləri yazsalar necə? 

Əgər bu uydurulan əfsanəni rus bir alim, elmlər doktoru çürütsə necə, durum dəyişəcəkmi?...

Təsadüfən keçdi əlimə. 

Vladimir Bezgin (Владимир Безгин) adlı bir tədqiqatçı “19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinin kəndli həyatının ənənələri” (“Традиции крестьянского быта конца XIX - начала XX веков”) adlı məqaləsində həqiqətləri ortaya çıxarıb. “Tambov Dövlət Texniki Universitetinin bülleteni”ndə («Вестник Тамбовского государственного технического университета», №4, 2005) müəllif, tarix elmləri doktoru Bezgin belə yazır:

“Rus kəndliləri məişət həyatında tələbkar deyildilər. Kənar adamı həyatın asketizmi heyrətə düşürürdü. Daxmanın çox hissəsini soba tuturdu. Ondan həm evi isti tutmaq, həm də yemək bişirmək üçün istifadə olunurdu. Bir çox ailələrdə soba hamamı əvəz etdi. Əksər kəndli daxmaları çox qızdırılırdı...Hər bir daxmada divar boyunca stol və skamyalar var idi. Başqa mebel demək olar ki, yox idi. Qışda sobanın üstündə, yayda isə taxtda yatırdılar. Sərt olmasın deyə üzərinə saman düzüb üstünü çulla örtürdülər.

Saman bir kəndli daxmasında universal döşəmə örtüyü idi. Ailə üzvləri təbii ehtiyaclarını onun üzərinə edir, vaxtaşırı dəyişdirirdilər. Rus kəndlisinin gigiyena haqqında təsəvvürü dumanlı idi. A.Şinqarevin (А.Шингарев) məlumatlarına görə 20-ci əsrin əvvəllərində Moxovatka kəndində 36 ailə üçün cəmi iki, qonşu Novo-Jivotinnıda isə 10 ailə üçün bir hamam var idi. Əksər kəndlilər ayda bir və ya iki dəfə daxmada taxta tas və ya sadəcə saman üstündə yuyunurdular.

Kənddə sobada yuyulma ənənəsi Böyük Vətən Müharibəsinə qədər qorunub saxlanılmışdır. Oryolun İlyinskoye kənd sakini M. Semkina xatırlayırdı: “Biz evdə vedrədən çimərdik, hamam yox idi. Qocalar isə sobaya dırmaşırdılar. Anamız sobanı süpürər, ora saman düzər, yaşlılar da ora çıxıb həm də sümüklərini qızdırardılar”.

Ev işləri və daima tarlada işləmək üzündən kəndli qadınlara evlərini təmiz saxlamaq üçün vaxt qalmırdı. Ən yaxşı halda gündə bir dəfə daxmanı süpürürdülər. Evlərdə döşəmələr ildə 2-3 dəfə yuyulurdu, o da Pasxa və Milad bayramlarında. Kənddə Pasxa ənənəvi olaraq kəndlilərin evlərini qaydaya saldığı bir bayram idi”…

Bax belə, bir mif də belə getdi…  

Müəllif: İbrahim Nəbioğlu