"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan çıxarılıb”
Böyük Britaniya İran-İsrail münaqişəsinə görə Tehrandakı Britaniya səfirliyinin əməkdaşlarını təxliyə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yer alan məlumatda deyilir.
"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirlik uzaqdan işləməyə davam edir", - məlumatda qeyd olunub.