Meqan Marklın atası uşaq fahişəliyinə kasıb ailələri dolandırmaq üçün vasitə kimi haqq qazandırıb
Sasseks hersoginyası Meqan Marklın atası və Kral III Çarlzın qohumu Tomas Markl pedofiliya və uşaq fahişəliyinə haqq qazandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, Markl ilk həyat yoldaşı Roslyn Lovelessə Tailand və Filippində bunun "qanuni" olduğunu və fahişəliyin yetkinlik yaşına çatmayan qızların yoxsul ailələrini dolandırmasına kömək etdiyini deyib. Markl həmçinin onun "11 və ya 12 yaşlı qızlarla" tanış olmaq üçün Tailanda getdiyini iddia edib.
Qeyd olunur ki, 2019-cu ildə Loveless London polisinə Marklı ittiham edən məktub göndərib. O, iddiaları rədd edir.
Xatırladaq ki, Markl 6 noyabrda Floridada uşaq pornoqrafiyası saxlamaq şübhəsi ilə həbs edilib. Onun yaşadığı Filippində polis uşaqların 7000-dən çox cinsi əlaqəyə aid açıq şəkillərini aşkar edib.
Daha əvvəl bildirilmişdi ki, Meqan Marklın atası pedofiliya və uşaq pornoqrafiyası saxlamaq ittihamlarından sonra demensiyalı insanlar üçün qocalar evinə köçüb. Vəkillər onun bunu istintaqa mane olmaq üçün etdiyindən şübhələnirlər.
Sasseks hersoginyasının ögey qardaşı Tomas Markl da uşaq təcavüzü etməkdə şübhəli bilinir.