Qazaxıstan marşrut ilə daşınan yüklərin həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırır
Qazaxıstan 2030-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırır. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Qazaxıstanın nəqliyyat nazirinin müavini Damir Kojahmetov bu barədə Astanada diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların rəhbərləri üçün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, 2026-cı ilin ilk on ayında marşrut üzrə 522 konteyner qatarı göndərilib, ötən ilin eyni dövründə isə bu rəqəm 292 olub. İllik hədəf 600 qatardır.
Hazırda konteyner qatarı Çinin Sian şəhərindən Azərbaycana 9-11 günə, Gürcüstanın Poti şəhərinə isə 15-18 günə çatır.
2030-cu ilə qədər Qazaxıstan Xəzər limanlarının tutumunu təxminən 45 milyon tona çatdırmağı, o cümlədən konteyner tutumunu 740.000 TEU-ya qədər artırmağı planlaşdırır.