"Sizə bildirmək istərdik ki, bu faciəli hadisələrə görə məsul şəxs xəstəxanada vəfat edib"
Krakovda terror aktını törədən şəxs xəstəxanada ölüb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiçik Polşa voyevodalığının polisi “Facebook”da məlumat yayıb.
Bildirilib ki, "Sizə bildirmək istərdik ki, bu faciəli hadisələrə görə məsul şəxs xəstəxanada vəfat edib".
BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl Polşada baş verən terror aktından şoka düşdüyünü bildirib.
Qeyd edək ki, noyabrın 7-də Krakovda naməlum silahlı şəxs maşından təsadüfi insanlara atəş açıb. Nəticədə ən azı altı nəfər ölüb, bir rus qadın da daxil olmaqla, onlarla insan yaralanıb.