Qrız kəndində qarın hündürlüyü 27 santimetrə çatıb

Xəbərlər

09.11.2026 - 23:19

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.

Qeyd edək ki, güclü qar yağması səbəbindən bu gün səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş