Hava hücumundan müdafiə sistemi olan “S-400”lər Ankaranın Mürtəd Hava Meydanında türklərə təhvil verilib
Rusiya istehsalı olan “S-400” zenith raket komplekslərinin bir hissəsi bu gün Türkiyəyə gətirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Hava hücumundan müdafiə sistemi olan “S-400”lər Ankaranın Mürtəd Hava Meydanında türklərə təhvil verilib.
Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Demir də təhvil-təslim prosesi ilə bağlı açıqlama verib. “Türkiyə ilə Rusiya arasında imzalanmış müqaviləyə əsasən, “S-400”lərin ilk mərhələsinin təhvil-təsliminə başladıq. Raket sistemləri bu gün ilk təyyarə ilə Ankaraya çatdırılıb. Sistemin hissələrinin təhvil-təslimi də yaxın günlərdə baş tutacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, Ankara ilə Moskva arasında “S-400” anlaşması 2017-ci il aprelin 11-də imzalanıb.