AK və AŞ Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq

Dünya

10.11.2026 - 09:10

"Dəqiq formatla bağlı hazırda paylaşacaq başqa məlumatımız yoxdur"

Avropa Komissiyası (AK) və Avropa Şurası (AŞ) Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Əbu-Dabidə keçiriləcək danışıqlarda təmsil olunacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə AK sözçüsü Paula Pinho Brüsseldə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, görüşlər rəsmi səviyyədə keçiriləcək, AK isə milli danışıqlarda təhlükəsizlik müşaviri səviyyəsində iştirak olunacaq.

DW-nin məlumatına görə, AK prezidentinin kabinet rəhbəri Björn Seibert artıq Əbu-Dabidədir. Onun hansı görüşlərdə iştirak edəcəyi hələlik məlum deyil.

Aİ nümayəndələrinin Rusiya nümayəndə heyəti ilə görüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualına Pinho birbaşa cavab verməyib. O, Aİ-nin Əbu-Dabidə keçiriləcək görüşlərdə iştirak edəcəyini təsdiqləyib və onları Mayami və Brüsseldəki Ukrayna ilə bağlı əvvəlki görüşlərlə əlaqələndirib.

"Dəqiq formatla bağlı hazırda paylaşacaq başqa məlumatımız yoxdur", - Pinho deyib.

Almaniya kansleri Fridrix Merzin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Sautter Əbu-Dabidə Almaniyanı təmsil edəcək. Bu barədə Berlində keçirilən mətbuat konfransında birinci mətbuat katibinin müavini Steffen Meyer bildirib. Sautterin danışıqlar masasında yer alıb-almayacağı soruşulduqda, Meyer prosesin “dinamik xarakterini” əsas gətirərək birbaşa cavab verməkdən imtina edib. O, əlavə edib ki, Almaniya nümayəndəsinin "təsir göstərmək imkanı" olacaq.

Qeyd edək ki, dünən AK prezidenti Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdıqdan sonra Aİ-nin Əbu-Dabidə tərəfdaşları ilə birlikdə təmsil olunacağını açıqlayıb.

Bir gün əvvəl isə Fransanın xarici işlər naziri Jan-Noel Barro Fransanın müzakirələrdə iştirak edəcəyini açıqlayıb. Nazir Parisi kimin təmsil edəcəyini deməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş