İngiltərədəki dəhşətli cinayətin təfərrüatı məlum olub

Dünya

24.10.2019 - 23:40

Cəsədlərin aşkar olunduğu yük maşınının sürücüsü saxlanılıb

 

Dünən İngiltərədə baş verən dəhşətli hadisənin təfərrüatları üzə çıxıb. AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, məhkəmə ekspertizasından sonra məlum olub ki, maşında cəsədləri tapılan şəxslər 15 saat soyuducu qoşquda bağlı qaldıqdan sonra ölüblər.

 

Hadisə ilə əlaqədar yük maşınının 25 yaşlı sürücüsü şübhəli şəxs qismində saxlanılıb. Essex şəhər polisi ölənlərdən 8-nin qadın, 31-nin isə kişi olduğunu bildirib.

 

Qeyd edək ki, dünən İngiltərənin Essex şəhərində bir yük maşınının soyuducusunda 39 nəfər Çin vətəndaşının cəsədi tapılmışdı.

Müəllif: Ayna.az