Milli Gimnastika Arenasında təşkil olunan görüş komandamızın qələbəsi ilə başa çatıb
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib. AYNA.AZ xəbər verir ki, bakılılar Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında təşkil olunan görüş komandamızın qələbəsi ilə başa çatıb - 91:72.
Xatırladaq ki, Azərbaycan çempionu III turda Fransanın "Nanter 92" komandasını üstələmişdi - 87:80.
Komanda I turda "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə məğlub olub.