Avropa çempionatının vaxtı açıqlanıb

İdman

27.02.2021 - 13:27

Yarışda 24 yığma iştirak edəcək

 

Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.

 

AYNA Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

 

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

 

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.

Müəllif: Ayna.az