"APOEL üzərində qələbə “Qarabağ” üçün çox vacib nailiyyətdir"

İdman

07.08.2019 - 19:31

Elxan Məmmədov: "Qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir"

 

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Kiprin APOEL klubunu 2:1 hesabıyla məğlub edib.

Image result for AFFA-nın baş katibi Elxan Məmmədov

AYNA  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov da oyunu stadiondan izləyib və qarşılaşmadan sonra öz fikirlərini bildirib: "APOEL üzərində qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm, amma heç bir halda arxaynlaşmaq olmaz. Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır, təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edirəm və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.

 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 13-ü, saat 20:30-da Kiprin APOEL klubunu qəbul edəcək. Artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir. 

Müəllif: Ayna.az