Türkiyə klubu Sergen Yalçınla yollarını ayırdı

İdman

16.01.2020 - 03:19

Sergen Yalçın 2019-cu ilin iyul ayından komandaya rəhbərlik edib

 

Türkiyənin "Yeni Malatyaspor" futbol komandası baş məşqçisi Sergen Yalçınla yollarını ayırıb.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, qərar idarə heyətinin iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də klubu tərk edib.

 

Qeyd edək ki, Sergen Yalçın 2019-cu ilin iyul ayından komandaya rəhbərlik edib. Onun klubla müqaviləsi bu ilin yayında yekunlaşmalı idi. "Yeni Malatyaspor" Türkiyə Super Liqasında 17 turdan sonra 24 xalla 8-ci pillədə qərarlaşıb.

Müəllif: Ayna.az