“Barcelona” Villianı transfer etmək istəyir

İdman

30.01.2020 - 05:37

“Barcelona” 31 yaşlı futbolçu üçün 23,5 milyon avro ödəməyə hazırdır

 

İspaniyanın “Barcelona” futbol klubu İngiltərənin “Çelsi” klubunun futbolçusu Villianı öz sıralarına qatmaq istəyir.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə “Sky Sports” özünün “Twitter” səhifəsində məlumat yayıb.

 

Mənbənin məlumatına görə, “Barcelona” 31 yaşlı futbolçu üçün 23,5 milyon avro ödəməyə hazırdır.

 

Kataloniya klubu braziliyalı futbolçu ilə müqaviləni qış transfer pəncərəsi bağlanmadan öncə imzalamaq istəyir.

 

Bu mövsüm Villia klub səviyyəsində 30 matçda iştirak edib. Beş qol vurub və beş məhsuldar ötürmə edib.

 

Onun “Çelsi” ilə müqaviləsinin müddəti bu yaya qədərdir. 

 

Bundan əvvəl London klubunun indiki müqaviləni uzatmaq üçün braziliyalı ilə danışıqlara başladığı bildirilmişdi.

Müəllif: Ayna.az