İspaniya klubu baş məşqçisini istefaya göndərib

İdman

21.07.2020 - 03:24

"Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb

 

İspaniya La Liqasında mövsüm başa çatan kimi, ilk baş məşqçi dəyişikliyi reallaşıb.

 

AYNA-nın Apasport.az-a istinadən  məlumatına görə, "Leqanes" çalışdırıcısı Xavyer Aqirreni istefaya göndərib.

 

Buna səbəb komandanın 18-ci yeri tutaraq La Liqanı tərk etməsi olub. "Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb.

 

Qeyd edək ki, Xavyer Aqirre "Leqanes"ə ötən ilin noyabrında təyin olunub.

Müəllif: Ayna.az