Cənubi Azərbaycandan Türkiyəyə böyük həmrəylik nümayişi - <font color=red> FOTO</font>

İdman

30.08.2019 - 19:08

“Traxtor” azarkeşləri stadionu Türkiyə bayraqları ilə bəzəyiblər

 

Tehranın “Persepolis” komandası ilə Təbrizin “Traxtor” komandasının bu gün baş tutan qarşılaşması zamanı sevincli anlar yaşınıb.

 

AYNA xəbər verir ki, Təbrizin 85 000 nəfərlik Səhənd idman stadionunda baş tutan oyun əsnasında “Traxtor” tərəfdaşları Türkiyəyə dəstək mesajı göndəriblər.

 

Belə ki, azarkeşlər Türkiyənin zəfər bayramını təbrik etmək məqsədilə stadionu başdan-başa al qırmızı Türk bayraqları ilə bəzəyiblər. 

Müəllif: Ayna.az