"İmperator" da koronavirusa yoluxdu

İdman

24.03.2020 - 00:28

Bu barədə o, rəsmi "Twitter" hesabında məlumat verib

 

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə o, rəsmi "Twitter" hesabında məlumat verib.  

 

67 yaşlı mütəxəssis koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.

fatih Terimlə yanaşı, köməkçi məşqçilər Hasan Şaş və Ümid Davalanın da nəticələri pozitiv çıxıb.

 

Qeyd edək ki, bundan öncə "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.

Müəllif: Ayna.az