Çinli futbolçu İspaniyada koronavirusa yoluxub

İdman

22.03.2020 - 16:32

Daha bir futbolçuda koronavirus aşkarlanıb 

 

İspaniya Futbol Liqası La Liqada koronavirusa yoluxanlar sırasına Çinli futbolçu da qoşulub. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Espanyol klubunda oynayan çinli Vu Leyin COVID-19 testi pozitiv çıxıb.

 

Bu barədə Çin Futbol Federasiyası məlumat yayıb. Federasiya 28 yaşlı futbolçunun vəziyyəti ilə yaxından maraqlandıqlarını, prosseslə bağlı lazımi tədbirlərin görüləcəyini açıqlayıb. 


Qeyd edək ki, Vu Ley keçən il Şanxay SIPG komandasından transfer olunmuşdu. 


Xatırladaq ki, Espanyol komandasında bundan əvvəl Uruquvaylı futbolçu Leanardo Kabreranın da testi pozitiv çıxmışdı.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə