Qabriel Jezus və Kayl Uokerin COVID-19 testi pozitiv çıxıb
İngiltərənin “Mançester Siti” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
AYNA xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
Xəbərdə Qabriel Jezus və Kayl Uokerin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bundan əlavə, klubun iki işçisində də infeksiya aşkarlanıb. Onların hamısı təcrid olunub.
Qeyd edək ki, “Mançester Siti” 13 oyundan sonra Premyer Liqada 23 xalla 8-ci pillədə qərarlaşıb.