İstanbul derbisinin vaxtı açıqlandı

İdman

01.02.2020 - 03:40

İstanbul derbisi fevralın 23-ü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək

                
Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib.

 

AYNA Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 23-ü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, 19 turdan sonra "Fənərbaxça" 37 xalla 2-ci, "Qalatasaray" 33 xalla 6-cıdır.

Müəllif: Ayna.az