“Liverpul” “Fulhem”lə oyunda xal itirib

İdman

14.12.2020 - 03:28

Həkimlər Klinikalar SEO Xidməti

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib

 

Futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun növbəti oyunu keçirilib. AYNA xəbər verir ki, “Kreyven Kottedc” stadionunda “Fulhem” klubu Premyer Liqanın iddialı komandası sayılan “Liverpul” komandasını qəbul edib.

 

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Bu nəticədən sonra xal ehtiyatını 26-ya çatdıran “Liverpul” turnir cədvəlində eyni xala malik "Tottenhem" ilə birinci və ikinci yerləri bölüşür. “Kristal Palas” isə 8 xalla 17-ci yerdə qərarlaşıb.

 

Növbəti turda “Fulhem" öz meydanında "Brayton"nı, "Liverpul" isə "Tottenhem"i qəbul edəcək.

Müəllif: Ayna.az