Çempionlar Liqasının yarımçıq qalan oyunlarının püşkü atılıb

İdman

10.07.2020 - 15:13

Bir qarşılaşmadan ibarət 1/4 final görüşləri avqustun 12-15-də keçiriləcək

 

Çempionlar Liqasının cari mövsümünün son püşkatma mərasimi keçirilib. AYNA bildirir ki, əvvəlcə 1/4 finalın püşkü atılıb. Burada dörd klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın dörd cütünün rəqibləri bəlli olub. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 final görüşləri avqustun 12-15-də keçiriləcək.

 

Ardınca yarımfinal mərhələsinin püşkü atılıb. Həmçinin, final matçının nominal meydan sahibi bəlli olub. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.

 

1/4 final

 

1. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi – “Lion” (Fransa) – “Yuventus” (İtaliya) cütünün qalibi

2. “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)

3. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) cütünün qalibi – “Çelsi” (İngiltərə) – “Bayern”(Almaniya) cütünün qalibi

4. “Atalanta” (İtaliya) – PSJ (Fransa)

 

Yarımfinal

 

5. 1-ci cütün qalibi – 3-cü cütün qalibi

6. 2-ci cütün qalibi – 4-cü cütün qalibi

 

Final

 

6-cı cütün qalibi – 5-ci cütün qalibi

 

Qeyd edək ki, 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək. 

Müəllif: Ayna.az