Rubio: “Venesuelada 2027-ci ildə seçkilərin keçirilməsi optimal seçimdir”

Dünya

06.11.2026 - 12:52

Dövlət katibi Bolivar respublikasında "ideal" seçkilərin 2027-ci ildə keçiriləcəyini bildirib

“Venesuelada 2027-ci ildə seçkilərin keçirilməsi optimal seçimdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.

Dövlət katibi Bolivar respublikasında "ideal" seçkilərin 2027-ci ildə keçiriləcəyini bildirib. Lakin o, Donald Trampın prezidentlik müddətinin bitməsindən əvvəl bunun baş verəcəyinə zəmanət verməyib və Venesuelanın səsvermənin mümkün olması üçün hələ də bir neçə vacib addım atmalı olduğunu deyib.

Trampın prezidentlik müddəti 20 yanvar 2029-cu ildə başa çatır. May ayında ABŞ energetika naziri Venesuelada seçkilərin Trampın səlahiyyət müddətinin bitməsindən əvvəl keçiriləcəyini bildirib. Amerika liderinin özü oktyabrın əvvəlində "Time" jurnalına verdiyi müsahibədə Venesuelada seçkilər üçün hələ tez olduğunu vurğulayıb.

BMT Baş Assambleyasının kürsüsündən çıxış edən Bolivar Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ölkədə prezident seçkilərinin kənardan deyildiyi vaxtda deyil, xalqın düzgün hesab etdiyi vaxtda keçiriləcəyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş