Görüşdə humanitar məsələlər və Xerson bölgəsindəki Oleşkiyə son uğurlu humanitar missiya müzakirə olunub
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə Ukrayna və Rusiyadan nümayəndə heyətlərini qəbul edib. AYNA.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, görüşdə humanitar məsələlər və Xerson bölgəsindəki Oleşkiyə son uğurlu humanitar missiya müzakirə olunub.
Məlumata görə, Ukrayna nümayəndə heyətini "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia və Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets təmsil edib.
Rusiya nümayəndə heyətini isə Ombudsman Yana Lantratova və Rusiya liderinin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edib.
Ağ Ev bildirib ki, Melaniya Tramp "iki müharibə edən ölkə arasında müstəqil şəkildə dialoqa başlayıb və atəşkəsi uğurla təmin edib".
Ağ Evin açıqlamasında deyilir: "Bu nailiyyət ABŞ-ın birinci xanımının misli görünməmiş diplomatik təşəbbüsünü göstərir".