“Reuters”: Demokratlar Trampla bağlı materiallar hazırlayır

Dünya

06.11.2026 - 09:09

"Həm ABŞ Prezident administrasiyasını, həm də özəl sektoru hədəf alacaq çox sayda aqressiv və genişmiqyaslı araşdırma gözləyirik"

ABŞ Demokrat Partiyasının siyasətçiləri Donald Trampın Prezident kimi hərəkətləri ilə bağlı araşdırma üçün materiallar hazırlayırlar. AYNA.AZ xəbər verir ki, “Reuters” agentliyinin onlarla konqresmen, vəkil və siyasi məsləhətçinin şərhlərinə əsaslanaraq verdiyi məlumata görə, “SpaceX” şirkətinin baş direktoru İlon Mask və Tramp ailəsinin üzvləri prosesdə iştirak edə bilərlər.

Qeyd olunub ki, ABŞ Demokrat Partiyasının bir çox üzvü əvvəllər 3 noyabr aralıq seçkilərindən sonra Trampa qarşı dərhal impiçment araşdırması tələb etmişdi, lakin əvvəlcə ABŞ Prezidentinin oğlanları, Mask və çoxsaylı Ağ Ev işçilərinə qarşı ittihamlar da daxil ola biləcək bütün hüquqi əsasları toplamağa üstünlük vermişdi.

"Həm ABŞ Prezident administrasiyasını, həm də özəl sektoru hədəf alacaq çox sayda aqressiv və genişmiqyaslı araşdırma gözləyirik", - deyə ABŞ-ın “Arnold & Porter” şirkətinin konqres nəzarəti üzrə mütəxəssisi Reyçel Kotton “Reuters” agentliyinə bildirib.

Aralıq seçkilərdən sonra ABŞ Demokrat Partiyası Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında çoxluq qazanıb. Tramp seçkilərdə uduzduqlarını etiraf edib. Demokratlar hətta ənənəvi respublikaçı ştatlarda da qalib gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş