Yeni Zelandiyada sahilə çıxan bütün pilot balina və qara delfinlər ölüb

Dünya

06.11.2026 - 12:17

Ətraf mühit təşkilatı “Project Jonah” məlumat yayıb

Yeni Zelandiyanın Nqavi kəndi yaxınlığında kütləvi şəkildə sahilə çıxan bütün pilot balinalar, həmçinin qara delfinlər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə beynəlxalq ətraf mühit təşkilatı “Project Jonah” bu barədə “Facebook” səhifəsində məlumat yayıb.

Nəşr yazır ki, bir gün əvvəl sahilin bir neçə kilometrliyində 40-50 arasında heyvan tapılıb. Onların çoxu tapılmadan əvvəl ölüb, qalanları isə bir gün ərzində ölüb.

Təşkilat xilasetmə əməliyyatının güclü dalğalar, qabarma-çəkilmə zonasındakı boş çınqıllar və iti qayalar, eləcə də yaşayış məntəqəsindən uzaqlıq səbəbindən çətinləşdiyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş