Trampın Ukrayna üzrə xüsusi səfiri istefa verdi

Dünya

28.09.2019 - 13:42

Kurt Volker Dövlət Katibi Mayk Pompeoya istefasını təqdim edib

 

ABŞ Prezidenti Donald Trampın Ukraynadakı xüsusi nümayəndəsi Kurt Volker vəzifəsindən istefa verib. AYNA Amerika mətbuatına istinadən xəbər verir ki, Volker Ukraynadakı böhranların səbəbinin Trampla əlaqədar olduğunu söyləyib.

 

ABŞ mediası bildirib ki, istefa verən Volker 2017-ci ildən etibarən ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi kimi fəaliyyət göstərirdi. 

 

Ukraynadakı böhranlarda Trampı günahlandıran Volker artıq istefasını ABŞ dövlət katibi Mayk Pompeoya da təqdim edib. 

 

ABŞ Dövlət Departamenti isə sözügedən hadisə ilə bağlı hələki heç bir açıqlama verməyib.

 

Müəllif: Ayna.az