ƏDV ilə bağlı dəyişikliklər olacaq

İqtisadiyyat

06.11.2026 - 13:44

Gələn ildən bəzi dəyişikliklər nəzərdə tutulur

Vergitutma bazasının genişləndirilməsi məqsədilə növbəti ildən aksizə cəlb olunan malların siyahısının artırılması da nəzərdə tutulur. AYNA.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Meşə Məcəlləsində və digər qanunlarda dəyişiklikləri təqdim edərkən deyib.

O bildirib ki, vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi istiqamətində vətəndaşlarımız üçün maraqlı ola biləcək yeni bir yanaşma var. Dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Bildiyiniz kimi, hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur. Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur", - deyə vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş