Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

27.07.2019 - 07:53

Son göstəricilər əvvəlkilərdən azdır

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,27 dollar/barel təşkil edib. AYNA Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 63,43 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Müəllif: Ayna.az