Ronaldonun rekordu yenilənib

İdman

03.07.2020 - 03:26

Fernandes 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib

 

Ronaldo “Sportinq”də 25 oyuna 3 qol vurub

 

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Joelson Fernandes İtaliya “Yuventus”unda çıxış edən Kristiano Ronaldonun rekordunu yeniləyib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, hücumçu buna Portuqaliya çempionatının 29-cu turunda “Jil Visente” ilə matçda nail olub. Fernandes 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

 

Ronaldo isə “Sportinq”də İtaliya “İnter”inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

 

Qeyd edək ki, Ronaldo “Sportinq”də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə “Mançester Yunayted”ə keçib.

Müəllif: Ayna.az