Qomeş bir müddət xəstəxanada qaldıqdan sonra müalicə olunacaq
İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə matçda ayağı qırılan "Everton"un futbolçusu Andre Qomeş əməliyyat olunub.
AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun əməliyyatı uğurlu keçib. Qomeş bir müddət xəstəxanada qaldıqdan sonra müalicə olunacaq. Portuqaliyalının tam bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı Qomeşin ayağı qırılıb.