Güləşçimiz Avropa çempionu oldu

İdman

18.05.2021 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Cəbrayıl ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb

 

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

 

AYNA xəbər verir ki, 70 kq-da çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. 

 

Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Cəbrayıl ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Müəllif: Ayna.az