A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

“Dinamo” fanatların irqçi hərəkətinə görə cərimələnib - Ayna.az

“Dinamo” fanatların irqçi hərəkətinə görə cərimələnib

İdman

09.08.2019 - 17:26

Həkimlər Klinikalar SEO Xidməti

Tamaşaçısız oyundan əlavə, “Dinamo” 50 min avro məbləğində cərimə də olunub


Tblisinin “Dinamo” komandası fanatların irqçi hərəkətinə görə cərimələnib.

 

AYNA xəbər verir ki, qurumun rəsmi saytının məlumatına görə, Avropa Futbol Təşkilatları İttifaqı (UEFA) "Dinamo Tbilisi" yə cəza qərarı çıxarıb.

 

Avropa Liqasının ikinci təsnifat mərhələsinin Azərbaycanın "Qəbələ" komandası ilə oyunu zamanı azarkeşlərin irqçi davranışlarına görə klub tamaşaçısız bir matçla cəzalandırılıb. Komanda görüşü 3-0 hesabıyla başa çatıb.

 

Bildirilir ki, "Dinamo" növbəti ev oyununu Avropa yarışında tamaşaçısız keçirməyə borcludu.

 

"Qəbələ" növbəti oyunda “EqualGame” (bərabər oyun) pankartını UEFA loqosu ilə asma öhdəliyini öz üzərinə götürüb. Tamaşaçısız oyundan əlavə, “Dinamo” 50 min avro məbləğində cərimə də olunub.

 

Daha əvvəl bildirildi ki, İsveçrənin "Tuna" komandasının azarkeşləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin matçının keçirildiyi stadiona Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın təsvir olunduğu şəkilləri gətiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş