Karantin qaydalarını pozan futbolçu komandadan qovulub

İdman

15.12.2020 - 21:41

Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozub

 

Belçikanın "Ostende" komandası oyunçusu Fabris Ondoa ilə müqaviləni pozub.

 

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

 

Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb.

 

Hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.

Müəllif: Ayna.az